Dünyanın ən pis və ən yaxşı aeroportları məlum olub.
FED.az xəbər verir ki, bu siyahı təyyarə reyslərinin gecikməsi zamanı sərnişinlərə kompensasiya almaqda kömək edən «AirHelp» servisinin keçirdiyi sorğuda müəyyənləşib.
141 adlıq siyahıda ən axırıncı yeri tutaraq dünyanın ən pis aeroportu adını cəmi 5,4 bal yığan Kuveyt aeroportu qazanıb. Ən pis ilk 3-lüyə Londondakı Stansted və Liondakı Sent-Ekzüperi adına aeroport tutub – müvafiq olaraq 5,53 və 5,78 bal.
Dünyanın ən yaxşı aeroportu adını isə 8,77 balla Qətərin paytaxtı Doxadakı Hamad aeroportu tutub. İkinci yeri 8,69 balla Afinadakı Elefterios Venizelos adına beynəlxalq aeroportu, üçüncü yeri isə 8,63 balla Tokio aeroportu tutub.
Maraqlıdır ki, siyahıda İstanbuldakı Sabiha Gökçən aeroportu Atatürk hava limanını qabaqlayaraq 7,74 balla 66-cı yeri, Atatürk hava limanı isə 7,55 balla 73-cü yeri tutub. Londondakı Hitrou aeroportu 7,5 balla 80-ci yeri, Nyu-Yorkdakı Kennedi hava limanı isə 7,39 balla 86-cı yeri tutub.
Bakı hava limanı siyahıda yer almayıb.