Dünyanın ən böyük konteyner daşıma şirkəti olan “Maersk” Ukraynanı işğal etdiyinə görə Moskvaya tətbiq etdiyi sanksiyalara görə Rusiyaya və Rusiyadan çatdırılmanı müvəqqəti olaraq dayandıracağını açıqlayıb.
Eləcə də bax: Kanada Rusiyadan neft idxalını - QADAĞAN EDƏCƏK
FED.az Banker.az-a xəbər verir ki, şirkət tərəfindən edilən açıqlamada, konteyner daşımalarının dayandırılmasının bütün Rusiya limanlarını əhatə edəcəyi, lakin qida məhsulları, tibbi və humanitar ləvazimatların istisna ediləcəyi bildirilib.