Çində iki şəhər arasında pilotsuz təyyarə ilə yük daşımaları başlayıb.
FED.az xəbər verir ki, pilotsuz təyyarə ilə ilk uçuş «FP-98» aparatı ilə həyata keçirilib. Bu təyyarə Çinin Xaykou şəhərindən Çjuxay şəhərinə 455 kiloqram xərçəng aparıb.
Aparat 529 kilometr yolu 3 saata gedib, indiyədək bu şəhərlər arasında ərzaqlar yerüstü nəqliyyatla – avtomobillə daşınırdı və təqribən 10 saat çəkirdi.