Avstraliyanın "Qantas" aviaşirkətinə məxsus "Boeing 787-9" təyyarəsinin Nyu-Yorkdan Sidneyə uçuşu dünyada ən uzun birbaşa aviareys kimi qeydə alınıb.
FED.az xəbər verir ki, bu məlumat "FlightAware"da yer alıb.
Ümumi uçuş vaxtı 19 saat 14 dəqiqə davam edib. Təyyarə 16 309 kilometr sərf edib və 37 dəqiqə gecikmə ilə yerə enib. Təyyarə oktyabrın 18-i axsam Sidneydən Nyu-Yorka yola düşüb, təyinat yerinə oktyabrin 20-si səhər yetişib. Uçuş zamanı təyyarədəki sərnişimlərə həkiçlər nəzarət edib.
Daha əvvəl dünyada ən uzun müddətli birbaşa aviareys Nyuarkdan Sinqapura hesab edilirdi. Onun müddəti 18 saat 50 dəqiqə təşkil edib.
Dünyada ilk birbaşa qeyri-kommersiya uçuşu isə 1986-cı ildə "Voyadjer" tərəfindən qeydə alınıb.