Dünya Bankı Azərbaycanda Salyan-Biləsuvar nəqəliyyat dəhlizi boyu bazarın əlçatanlığının yaxşılaşdırılması layihəsinə başlayır.
FED.az xəbər verir ki, layihə ölkədəki nəqliyyat dəhlizlərindən əhalinin və sahibkarların maksimum faydalanmasına, bunun üçün imkanların yaradılmasına xidmət edir.
Dünya Bankının Dünya Bankının Azərbaycan üzrə regional meneceri Sara Maykl bildirib ki, Salyan-Biləsuvar nəqliyyat dəhlizi boyunca bazarın əlçatanlığının yaxşılaşdırılması layihəsi bir neçə hissədən ibarətdir. Buraya yolun keyfiyyətini və hərəkət təhlükəsizliyini artırmaq, yol sistemlərinin səmərəli idarə edilməsi, yolların texniki baxımının və yolların işlək vəziyyətdə saxlanılması daxildir. Əsas məsələlərdən biri - layihəyə iqtisadi inkişaf potensialını açan innovativ komponentdir.
O qeyd edib ki, layihənin məqsədi yerli sahibkarlar üçün yol kənarında obyektlər yaratmaq və sahibkarları yol bərpa edildikdən sonra, Dünya Bankının gözlədiyi kimi, artan trafik həcmindən necə istifadə etmək barədə maarifləndirməkdir.
«Bu layihə ötən il təqdim olunub və artıq istifadəyə verilməyə hazırdır. İndi qış fəsli olması üstünlükdür. Çoxlu hazırlıq işləri gedir, tikinti şirkətlərinin seçimi tamamlanır. Yayda havalar yaxşılaşdıqdan sonra yol işlərinə başlamaq mümkün olacaq».
Onun sözlərinə görə, yol boyu iqtisadi inkişafı dəstəkləyən hissələr layihələndiriləcək.
«Ümid edirəm ki, bu yaya qədər biz fiziki işlərin davam etdirilməsini təmin edə biləcəyik və ərazidəki yerli sahibkarların uzunmüddətli perspektivdə onlara kömək edəcək yeni yol və obyektlərdən və təlimlərdən bəhrələnmək şansı olacaq. Xüsusilə, regionun kənd təsərrüfatı istehsalçıları, eləcə də sənətkarlar üçün potensial yeni müştərilər və bu yol ilə bağlı olacaq yeni bazarlardan yararlanmaq üçün əhəmiyyətli potensial var», - deyə S.Maykl bildirib.