Baş Dövlət Yol Polisi İdarəsi iyunun 26-da xüsusi karantin rejiminin pozulması ilə bağlı statistikanı açıqlayıb.
FED.az xəbər verir ki, dünən karantin tətbiq edilən şəhər və rayonlarda nəqliyyat vasitələri ilə hərəkətdə olan 885 nəfər İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə isə həmin Məcəllənin 211.2-ci maddəsi ilə 363 nəfər olmaqla ümumilikdə 1248 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.
Eləcə də bax: DYP: Bakıdan rayonlara gedən 518 avtomobil - GERİ QAYTARILIB
Gün ərzində xüsusi karantin rejimi sərtləşdirilmiş inzibati ərazilərin sərhədlərində yerləşən karantin postlarında aparılan yoxlamalar zamanı 307 nəqliyyat vasitəsi paytaxt, 211-i isə rayon istiqamətinə olmaqla 518 avtomobil geri qaytarılıb.