2024-cü ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) nəqliyyat xərcləri 58 milyon 659 min 662,30 manat təşkil edib.
FED.az bu barədə Qurumun illik maliyyə hesabatına istinadən xəbər verir.
Məlumata görə, bu göstərici 2023-cü illə müqayisədə 42 milyon 90 min 345 manat və ya 3,5 dəfə artıb.
Xatırlatma üçün bildirək ki, 2023-cü ildə bu xərc maddəsi üzrə göstərici 16 milyon 569 min 317,30 manat olub.