2024-cü ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) xammal və material xərcləri 479 milyon 546 min 107,26 manat təşkil edib.
FED.az bu barədə Qurumun illik maliyyə hesabatına istinadən xəbər verir.
Məlumata görə, bu göstərici 2023-cü illə müqayisədə 114 milyon 243 min 298,45 manat və ya 31,3% artıb.
Xatırlatma üçün bildirək ki, 2023-cü ildə bu xərc maddəsi üzrə göstərici 365 milyon 302 min 808,81 manat olub.