Daxili İşlər Nazirliyi bayram günlərində işğaldan azad olunmuş ərazilərə səfər edəcək şəxslərə müraciət edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Nazirliyin açıqlamasına görə, yalnız bu ərazilərə giriş üçün müvafiq icazəsi olan şəxslərin sərbəst və maneəsiz gediş-gəlişi təmin olunacaq.
«Müvəqqəti polis postlarında təqdim edilən təlimat-bildirişlərə uyğun davranmalı, əvvəlcədən müəyyən olunmuş marşrutlarla hərəkət edilməlidir. Əraziyə tez alışan və partlayıcı maddə aparmamalı, yalnız istirahət üçün nəzərdə tutulan yerlərə səfər edilməlidir» - deyə müraciətdə qeyd olunub.










