Nəqliyyat

DİQQƏT: Bakı-Sumqayıt yolu və Xırdalan dairəsinin bu hissəsində yol bağlanacaq

DİQQƏT: Bakı-Sumqayıt yolu və Xırdalan dairəsinin bu hissəsində yol bağlanacaq | FED.az
14:13 24 Sen 2019

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə axşam saatlarınadək Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsində, həmçinin Bakı-Sumqayıt yolu, Xırdalan dairəsindən Vaz dairəsinə kimi, həmçinin gecə saatlarından səhərə qədər Nərimanov rayonu, Atatürk prospektində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Bu barədə FED.az-a "Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Eləcə də bax: Bakıda daha bir BÖYÜK LAYİHƏ! 18 kilometrlik velosiped yolu çəkilir

Qeyd edilib ki, həmin yollarda hərəkət məhdudlaşdırılacaq.

Məlumata görə, bu üzdən sürücülərdən sözügedən küçələrdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Finans.az

Digər xəbərlər