“Sərhədlərin bağlı olması azad hərəkət etmək hüququnu məhdudlaşdırır. Türkiyədə zəlzələdə həlak olan tələbələrin valideynlərinin çıxışlarının şahidi olduq”.
AZAL-dan aviabiletlərin qiymətləri ilə bağlı - NARAZILIQLARA CAVAB
FED.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) illik məruzəsinin müzakirəsi zamanı deputat Fazil Mustafa bildirib.
Azərbaycan Hava Yollarının (AzAL) bilet qiymətlərini istədiyi kimi müəyyənləşdirdiyini nəzərə çatdıran deputat ən azı tələbələrin quru sərhəddən keçməsi üçün şərait yaradılmasının, beləliklə tələbələrin xaricdən ölkəyə daha məqbul qiymətlə gəlib-getməsinin vacib olduğunu vurğulayıb: “Bu, çox acınacaqlı durumdur. Bu durumun aradan qaldırılmasına Ombudsman necə təsir edə bilər? Dövlət səviyyəsində bu məsələnin həllinə nail olmalıyıq”. (Apa)