“Abşeron Invest” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalı bir qədər də artırılmaqla 41 milyon manatı keçib.
FED.az Banker.az-a istinadən xəbər verir ki, şirkətin nizamnamə kapitalı 7 480 000 manat və ya 22% artırılaraq 41 480 976 manata çatdırılıb.
Bununla belə, şirkətə Rauf Cavadov Zülfüqar oğlu baş icraçı direktor təyin edilib.
Xatırladaq ki, “Abşeron Invest” MMC 2022-ci ilin noyabrında təsis edilib. Şirkət “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) alyans tərəfdaşı olan “Caspian Marine Services” (CMS haqqında ətraflı) Azərbaycandakı bir neçə şirkətinin yerləşdiyi Bakı şəhəri Səbail rayonu, Salyan şossesi , ev 6H, 13-cü km ünvanında qeydiyyata alınıb. Bu ünvanda, “CMS İNVEST” MMC və “CMS PROPERTİES” MMC yerləşir.
Rauf Cavadov “Mörtel” QSC və “CMS PROPERTİES” MMC şirkətlərin maliyyə direktorudur.
Şirkətin bundan öncəki baş icraçı direktoru Vüqar Novruzov İntiqam oğlu idi. O, 2018-ci ildən CMS-ə qoşulub və həmin tarixdən orada Daxili audit üzrə inzibatçıdır.