Bu gün saat 08:23-də Keşlə stansiyasında bədbəxt hadisə baş verib.
FED.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən verilən məlumatda bildirilir ki, Bakı-Sumqayıt elektrik qatarı Keşlə stansiyasında (2653-cü km-də) hərəkətdə olarkən, Tacirə Vidadi qızı Rəhimova müəyyən olmayan yerdən dəmir yolu xəttini keçmək istəyib.
Eləcə də bax: Gecə reysindəki avtobusların sürətinə - MƏHDUDİYYƏT QOYULUB
Maşinist briqadası dərhal səs siqnalları verərək təcili tormozlama aparıb. Amma məsafə yaxın olduğundan hadisənin qarşısını almaq mümkün olmayıb. Nəticədə qadın qatarın yan hissəsinə toxunaraq müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağrılıb və yaralı 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.