Nəqliyyat

Dəmiryoluna onlayn bilet satışı ilə bağlı - YENİLİK

Dəmiryoluna onlayn bilet satışı ilə bağlı - YENİLİK | FED.az
11:27 27 Yan 2020

Azərbaycanda qatarlara onlayn bilet satışı ilə bağlı yenilik olacaq.

Bu barədə FED.az-a «Azərbaycan Dəmir Yolları» QSC-nin Sərnişindaşıma Departamentinin rəisi Elyar Muradov bildirib.

Eləcə də bax: Azərbaycanda qatar biletlərinin onlayn satışı - İKİQAT ARTIB

Onun sözlərinə görə, hazırda onlayn bilet alınması mümkün olsa da, bileti alan sərnişin kassaya yaxınlaşıb onun kağız variantını əldə etməli olur. Yaxın vaxtlardan etibarən isə artıq kağız blankı almaq tələb olunmayacaq. Bileti alan sərnişin birbaşa qatara yönələcək: «Bu insanlar üçün daha bir komfortdur və yaxın vaxtlarda həllini tapacaq». 

Digər xəbərlər