Bu ilk rübündə dəmir yolu sərnişindaşımadan 2 milyon 389 min manat gəlir əldə edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu ötən ilin müvafiq dövrünə nisbətən 653,4 min manat və ya 37,6% çoxdur.
Ötən ilin I rübündə dəmiryolu ilə sərnişindaşıma 1 milyon 735,6 min manat gəlir əldə edilmişdi.
Əldə edilmiş gəlirlərin 1 milyon 44,3 min manatı isə şəhərətrafı daşımaların payına düşüb ki, bu da illik müqayisədə 52,9 min manat və ya 5% çoxdur.