Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 2024-cü ilin yanvar-sentyabr aylarında 13,9 mln. ton yük, 5 987 min sərnişin daşınıb.
Təyyarə ilə sərnişindaşımalar 40%-dək artıb
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2023-cü ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 1,5%, sərnişin daşınmasında isə 21,8% artım müşahidə olunub.
“Orta hesabla sutkada 394 vaqon yüklənib, 433 vaqon isə boşaldılıb”, - məlumatda bildirilir.
Qeyd olunur ki, sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 18,6 min ton, Qərb istiqaməti üzrə 4,1 min ton, Cənub istiqaməti üzrə isə 0,7 min ton yüklənmə işi yerinə yetirilib. (Apa)