Dəmir yolu ərazisində sürücü məsuliyyətsizliyi zəncirvari qəzaya səbəb oldu
FED.az xəbər verir ki, bu gün saat 10:15 radələrində ADY-yə məxsus yük qatarı Əhmədli stansiyasının dalan yolunda manevr edərkən dəmiryol xəttinə yaxın məsafədə qanunsuz park edilmiş 99-FJ-595 nömrəli avtomobil qatara ilişib və yaxınlıqda dayanmış digər 7 maşınla toqquşub.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
ADY bir daha nəqliyyat vasitələri sürücülərinin diqqətinə çatdırır ki, dəmiryol xətlərinə yaxın parkinq edərkən ən azı 3 metr məsafə saxlanılmalıdır!