“Sərnişinlərin rahatlığı üçün, elektron biletlərin internet üzərində əldə edilməsi işində səmərəliliyin artırılması məqsədilə mobil aplikasiya hazırlanır”.
FED.az xəbər verir ki, bunu TED.az-a “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat xidmətindən bildiriblər.
Qurumdan verilən məlumata görə, vağzallarda xüsusi terminalların quraşdırılması da planlaşdırılıb ki, bu da biletlərin kassada növbə gözləmədən alınmasına imkan yaradacaq.


 
            
 
                            
                            
                        
 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








