Bakının Binəqədi rayonu,7 ci mikrorayon, Süleyman Sani Axundov küçəsində dayanma-durmanı qadağan edən nişan yoxdur, amma sürücülər cərimələnir.
Məsuliyyətsiz sürücülərin sığorta şirkətlərinə vurduğu zərər - 96 MİLYON MANATA ÇATDI
FED.az xəbər verir ki, doqquzmərtəbəli binanın küçəyə baxan hissəsində, piyadalar üçün nəzərdə tutulmuş səkinin kənarında ərazidə çalışan vətəndaşlardan biri avtomobilini park edib. Ardınca isə ona cərimə gəlib. Paytaxt sakini Rakif İmranzadə ərazidə heç bir yol nişanı olmadığı üçün cəriməni əsassız hesab edir.
Rakif İmranzadə iddia edir ki, tək ona deyil, ərazidə çalışan əksər işçilərə də bu kimi cərimələr gəlir.
Məsələ ilə bağlı Bakı Şəhər DYP İdarəsindən müraciət etdik. İdarədən bildirildi ki, vətəndaşın müraciəti əsasında araşdırma aparılaraq məsələyə hüquqi qiymət veriləcək.