“Məlumat verdiyimiz kimi noyabrın 1-dən etibarən Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən şəhərlərarası sərnişindaşımanın keyfiyyətini yüksəltmək məqsədilə monitorinq qrupu yaradılıb”.
FED.az xəbər verir ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bildirib ki, monitorinqlər 3 istiqamətdə həyata keçirilir:
Eləcə də bax: DANX: Sərnişin və yük daşımalarında qaydalar dəyişdirilir
“Bakı-Sumqayıt (Sumqayıt, Xırdalan, Masazır, Saray, Novxanı),
Paytaxt-Region və əks istiqamət,
Beynəlxalq istiqamətlər üzrə.
Bu səbəbdən noyabrın sonuna qədər davam edəcək cari monitorinqlərlə paralel, respublikanın müxtəlif regionlarından paytaxta sərnişindaşıma zamanı qarşılaşdığınız problemləri qeyd etməyinizi rica edirəm.
Təklif və iradlarınız yalnız 012 567 52 58 nömrəli qaynar xəttimizi yığaraq səsləndirdiyiniz zaman qeydə alınacaq”.
Onun sözlərinə görə, ilk sorğu Azərbaycan Respublikasının şimal-qərb coğrafi məkanını əhatə edən Şəki-Zaqatala iqtisadi rayonu üzrə Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Şəki inzibati rayonlarından paytaxt istiqamətində və şəhərdaxili sərnişindaşımada göstərilən xidmətin keyfiyyəti ilə bağlıdır.