Azərbaycanda daha bir neçə istiqamət üzrə avtobus marşrutları üçün keçirilən müsabiqələrin qalibləri müəyyən edilib.
Azərbaycanda çox köhnə avtobusların istifadəsinə - QADAĞA QOYULUR - YENİ QƏRAR
Bu barədə FED.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata əsasən, Gəncə–Qazax, Qazax–Gəncə, Aşağı Ağasıbəyli (Samux) – Gəncə (Dəmiryol vağzalı), Alıuşağı (Samux) – Gəncə (Dəmiryol vağzalı) və Düzqışlaq (Şəmkir stansiyası) – Gəncə (avtovağzal) avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.
Gəncə–Qazax marşrutu üzrə fiziki şəxslər Əsgərov Taleh Qafar oğlu və Məmmədov Mahir Xaliq oğlu, Qazax–Gəncə marşrutu üzrə fiziki şəxslər Yolçuyev Samir Rəfayıl oğlu, Bəndəliyev Ayaz Müslüm oğlu və Mirzəyev Xəyal Vəli oğlu, Aşağı Ağasıbəyli (Samux) – Gəncə (Dəmiryol vağzalı) marşrutu üzrə fiziki şəxs Abbasov Vüsal Fazil oğlu, Alıuşağı (Samux) – Gəncə (Dəmiryol vağzalı) və Düzqışlaq (Şəmkir stansiyası) – Gəncə (avtovağzal) marşrutları üzrə hüquqi şəxs "Simurq Kompani" ASC qalib elan olunublar.
Müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun təşkil olunur.
Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.












