“Hazırda bir çox postların yığışdırılmasına baxmayaraq polis əməkdaşları və daxili qoşunların hərbi qulluqçuları tərəfindən marşrut postlarının hərəkəti gücləndirilib”.
Eləcə də bax: İcazə alan şəxslər bu halda avtomobildən - İSTİFADƏ EDƏ BİLMƏZ
FED.az xəbər verir ki, bu barədə ya Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Kamran Əliyev məlumat verib.
O, insanları müvafiq icazə olmadan evlərini tərk etməməyə çağırıb: “Ölkədə tətbiq edilmiş xüsusi karantin rejiminin pozulmasına yol vermiş şəxslər intizam məsuliyyətinə cəlb ediləcək. Bakıda səyyar marşrut postlarından əlavə, piyada naryadlarının sayı artırılıb. Kimsə düşünməsin ki, onun yaşadığı ərazidə post yoxdur və rahatlıqla evdən çıxa bilər. Bir daha hamını xəbərdar edirik ki, çox ciddi yoxlama aparılır. Həmçinin karantin rejiminin sərtləşdirildiyi digər rayonlarda eyni qaydalar tətbiq ediləcək”. (Qafqazinfo)