COP29 günlərində Bakıda bir sıra küçələr nəqliyyatın hərəkətinə tam açıq olacaq.
COP29 zamanı maşınlar Bakıya fasilələrlə buraxılacaq - Şəhərin girişində postlar qurulacaq
FED.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin (NİİM) rəisi Namidan Piriyev COP29 günlərində tətbiq olunacaq nəqliyyat planının təqdimatına dair brifinqdə deyib.
O bildirib ki, Mətbuat, Hüseyn Cavid, İnşaatçılar, Ziya Bünyadov, Atatürk, Babək, Qara Qarayev, Tbilisi, Azərbaycan, Parlament prospektləri, Fətəli Xan Xoyski, Cəfər Cabbarlı, Abbasmirzə Şərifzadə və İstiqlaliyyət küçələri nəqliyyatın hərəkətinə tam açıq olacaq.
“Tbilisi prospektində yalnız Şəfaət Mehdiyev küçəsi ilə İzmir küçəsinin kəsişməsində müvəqqəti məhdudlaşma olacaq”, – N.Piriyev əlavə edib. (Apa)