Çinin «COMAC C919» təyyarəsi indiyədək təyyarə bazarında ciddi mövqelərə sahib olan «Boeing 737» və «Airbus A320»ni bazardan sıxışdırmağa başlayıb.
FED.az xəbər verir ki, artıq Çin şirkətləri ilə yanaşı, digər ölkələrin aviaşirkətləri də «COMAC C919» təyyarəsi sifariş etməyə başlayıblar.
Bir neçə gün əvvəl Çində keçirilən «Airshow China 2024» aviasərgisində ölkənin əsas təyyarə istehsalçısı şirkəti olan «COMAC» şirkəti «C909» və «C919» modelləri üzrə 130 sifariş alıb. Bunlardan 60 təyyarəni Çinin «Hainan Airlines» şirkəti, digərləri isə xarici şirkətlərin sifarişləridir.
Beləliklə, orta məsafəli «COMAC C919» təyyarəsi ən azı Asiyada «Boeing 737» və «Airbus A320»nin real rəqibinə çevrilir. Eyni zamanda tezliklə Braziliyanın «Total Linhas Aereas» aviaşirkəti də 2025-ci ilin əvvəlindən etibarən ilk «C919» modellərini almağa başlayacaq.