Dünyanın aparıcı təyyarə istehsalçısı olan “Airbus” ilk dəfə olaraq Çin istehsalı olan təyyarəni avropalı müştəriyə satıb.
FED.az xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.
Satılan A321 neotəyyarəsi Çinin şimalındakı Tianjin şəhərinin mərkəzindəki zavodda yığılıb. Alıcı Mərkəzi və Şərqi Avropanın ən böyük aşağı büdcəli aviadaşıyıcılarından biri olan Macarıstanın “Wizz Air” şirkəti olub.
Tianjindəki Airbus Çatdırılma Mərkəzinin məlumatına görə, bu sövdələşmə təyyarə istehsalçısı üçün əsas mərhələdir. Gələcəkdə şirkətin Çində yığılmış təyyarələrinin alınması üçün sifarişlərin sayının artacağı gözlənilir.
AZAL Pakistanın daha 2 şəhərinə - UÇUŞLARA BAŞLAYIR
A321neo Airbus A320 ailəsinin ən böyük təyyarəsidir. O, 244 sərnişini qəbul edə bilir.
Xatırladaq ki, Çində "Airbus" təyyarələrinini istehsalına 2008-ci ildən başlanıb. İndiyədək burada 600 təyyarə istehsal edilib. Amma ilk dəfədir ki burada istehsal edilmiş təyyarə Avropaya satılır.