Türkiyənin aparıcı aviasiya şirkətlərindən olan «Pegasus»un yalnız bir neçə təyyarəsi uçur.
FED.az xəbər verir ki, şirkətin «CEO»i Mehmet Nane, korona virusunun yayılması səbəbiylə 82 təyyarədən yalnız 7-ni istifadə etdiklərini açıqlayıb: «Ümid edirik ki, bu böhran iyun ayından etibarən yavaşlayacaq və ən azı iyuldan sonra daxili bazarda normal vəziyyətə qayıdacaq».
Eləcə də bax: Azərbaycan-Türkiyə arasındakı uçuşlar 31 marta qədər - LƏĞV EDİLİB
Epidemiyadan ən çox təsirlənən bölgələrdən biri olan aviasiya sektorunu qiymətləndirən Nane, uçuşların ləğvi səbəbiylə vətəndaşların zərər çəkməməsi üçün çalışdıqlarını deyib.
Mehmet Nane təmizlik tədbirləri və aldıqları bilet ləğvləri barədə bildirib ki, indi təyyarələr 7 gündən bir dezinfeksiya edilir və burada bütün sərnişinlər üçün maskalar var.
Mehmet Nane bildirib ki, aprelin 17-dək olan dövrlərdə vətəndaşlarımızın istər onlayn, istərsə də mobil şirkət olaraq bilet mübadiləsi tələblərinə cavab verir: «Məsələn, qadağa səbəbindən uça bilməyəndə bilet dəyişdirilir və ya qaytarılır».
Bundan başqa, qadağalar səbəbindən uça bilməyənlər bu biletlərdən bir il müddətində istifadə edə biləcəklər.