Martın 19-da saat 00.00-dan etibarən Bakı, Sumqayıt və Abşeron istisna olmaqla ölkənin bütün şəhər və rayonlarından qatar vasitəsi ilə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna sərnişin daşınması dayandırılır.
Eləcə də bax: Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna - GİRİŞ MƏHDUDLAŞDIRILIR
FED.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.
Ölkə ərazisindəki hava limanlarından Bakıya sərnişin daşınmasına fasilə verilir.