Bakı Nəqliyyat Agentliyi (BNA) nəqliyyat sahəsindəki vəziyyətdən sui-istifadə etmək istəyən nəqliyyat şirkətlərinə və şəxslərə xəbərdarlıq edib.
FED.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyi bildirib ki, əvvəlcədən məlumat verildiyi kimi, 03 iyul 2018 tarixində saat 19 radələrindən etibarən Bakı şəhərində bütün müntəzəm marşrut xətləri xüsusi rejimdə fəaliyyət göstərir: «Bununla əlaqədar, daşıyıcılara müəyyən göstərişlər verilib. Həmçinin, qəti şəkildə daşıyıcılara tapşırılıb ki, xüsusi rejim davam etdiyi müddətdə sərnişindaşıma ödənişsiz həyata keçirilsin.
Bildiririk ki, bu və xüsusi rejimlə bağlı digər tapşırıqları yerinə yetirməyən, sosial məsuliyyətini deyil, yalnız qazanc əldə etmək maraqlarını güdən hüquqi və fiziki şəxslər barəsində ciddi tədbir görüləcək. Bununla bağlı sosial şəbəkələrdən və KİV-dən daxil olan bütün müraciətlər qeydə alınır və vəziyyət normallaşdıqdan sonra zəruri tədbirlərin görülməsi təmin ediləcək».
«Bütün məlumatları izləyirik» – AGENTLİKDƏN AÇIQLAMA
11:35
4 İyul 2018