Dənizkənarı Bulvar İdarəsi Milli Park ərazisində skuterlərin hərəkətinə 1 iyundan etibarən qoyulan məhdudiyyətlə bağlı açıqlama yayıb.
Azərbaycanda moped, skuter və velosiped idarə edən şəxslərə qarşı tələblər sərtləşdirilir - YENİ QANUN
İdarədən FED.az-a verilən məlumatda bildirilib ki, məhdudiyyətlə bağlı çoxsaylı müraciətlər daxil olub.
Qeyd olunub ki, hər iki tərəfin asudə vaxtını Bulvar ərazisində səmərəli keçirməsini təmin etmək məqsədi ilə skuterlərin hərəkəti üçün yeni konsepsiya hazırlanıb:
“Yeni qaydalara əsasən Milli Park ərazisində hərəkətdə olan skuterlərin sürət həddi maksimal olaraq 17 km/saat olması qərara alınıb, vətəndaşların sıx olduğu dənizkənarı zolaq skuterlərin hərəkəti üçün tam məhdudlaşdırılıb. Hərəkət üçün təyin olunmuş digər zolaqlarda yeni quraşdırılan yol nişanları skuter istifadəçilərinə maneəsiz hərəkət üçün kömək olacaq”.
İdarənin məlumatında vətəndaşlardan qaydalara əməl etmələri xahiş edilir, əks təqdirdə müvafiq tədbirlər görüləcəyi vurğulanır.