“Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixi uğurlara imza atır. ABŞ Prezidenti Donald Trampın dəvəti əsasında baş tutan Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqton səfəri yalnız ölkəmiz üçün deyil, bütövlükdə region üçün tarixi əhəmiyyət daşıdı”.
Azərbaycanlılar Zəngəzur dəhlizindən necə gedəcəklər? – Paşinyan açıqladı
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin “Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi” mövzusuna həsr edilən növbədənkənar sessiyası çərçivəsində xüsusi iclasında bildirib.
V.Bayramov qeyd edib ki, səfər zamanı Azərbaycan və Ermənistan sülh gündəliyi ilə yanaşı, ölkəmizlə ABŞ arasında strateji tərəfdaşlığın gücləndirilməsi məsələlərinin xüsusi müzakirə mövzusu olması da məhz regionda yeni əməkdaşlıq səhifəsinin yaradıldığından xəbər verdi:
“Vaşinqtonda imzalanan sənədlər Azərbaycan-ABŞ əlaqələri üçün böyük perspektivlər açır. Siyasi və strateji əməkdaşlıqla yanaşı, Azərbaycan-ABŞ münasibətləri enerji, ticarət və tranzitin də daxil olduğu regional bağlantılar və süni intelekt və rəqəmsal infrasturukturun da daxil olduğu iqtisadi sərmayə istiqamətində də inkişaf etdiriləcək. Enerji sahəsində əməkdaşlıq ABŞ mütəffiqlərinin Azərbaycan qazı hesabına öz enerji təhlükəsizliyini daha da gücləndirməsinə imkan yaradacaq.
14 ölkəyə mavi qaz nəql edən Azərbaycan ABŞ-nin Avropadakı tərəfdaşlarının enerji təhlükəsizliyinin güclənməsinə xüsusi töhvə verir. ABŞ ilə strateji əməkdaşlıq qeyri-neft sektoruna daha çox texnologiya və innovasiyaların cəlb edilməsinə imkan yaradacaq.
Zəfərdən sonra Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycanın əsas hissəsinin Naxçıvana quru yolla maneəsiz keçidi təmin edilməlidir. Prezident Zəngəzur dəhlizinin reallaşacağını və bunun sadəcə zaman məsələsi olmasını bəyan edib. Azərbaycan Prezidentinin uzaqgörən siyasəti sayəsində imzalanmış Birgə Bəyannamədə ölkəmizin əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz gediş-gəliş təsdiq olundu.
Bu, Zəngəzur Dəhlizinin reallaşması deməkdir. Vaşinqtonda həmçinin Zəngəzur Dəhlizinin işə düşməsi ilə əlaqədar ABŞ ilə Ermənistan arasında saziş imzalanıb. Bu isə o deməkdir ki, Prezident Tramp Zəngəzur Dəhlizinin qarantı rolunu oynayacaq”.
“Böyük Zəfərdən keçən müddətdə Qarabağ və Şərqi Zəngəzurun bərpasına 22 milyard manat vəsait ayrılıb. Azərbaycan işğaldan azad olunan ərazilərimizi öz daxili maliyyə resurslarına bərpa edir və yenidən qurur. Yalnız 2025-ci ilin dövlət büdcəsindən Qarabağın bərpasına 4 milyard manata yaxın vəsaitin ayrılması nəzərdə tutulur. 2026-cı ilin sonunadək həmin ərazilərimizdə 140 min vətəndaşımız məskunlaşacaq. Azərbaycan 134 milyard dollarlıq ÜDM-ə malik olan Cənubi Qafqaz iqtisadiyyatını 60 faizə yaxınını formalaşdırır. Prezidentin rəhbərliyi ilə ölkəmizin iqtisadi gücü daha da artmaqdadır.
Azərbaycan dünyada yeganə ölkələrdəndir ki, xarici valyuta ehtiyatları ÜDM-nin həcmini üstələyir. Bu, Azərbaycan üçün iqtisadi təhlükəsizlik yastığının formalaşdığından xəbər verir. 78 milyard dollarlıq xarici valyuta ehtiyatlarımız xarici borcumuzu 16 dəfə üstəliyir. Bu məhz Azərbaycanın əldə etdiyi iqtisadi uğurların təzahürüdür”, - parlamentari əlavə edib.