Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) piyadaların üzərinə su çiləyən sürücülərə xəbərdarlıq edib.
Bu barədə FED.az-a BDYPİ-dən məlumat verilib.
"Yollardakı su gölməçələri piyadalar üçün böyük problemdir. Çünki bəzi sürücülər hava şəraitini nəzərə almır və yağıntılı havalarda yollardan keçərkən sürət həddini azaltmaq əvəzinə, əksinə, daha da artıraraq, yol kənarında dayanan piyadaları üst-başlarını batırırlar.