Nəqliyyat

Bu marşrutun hərəkət istiqaməti - DƏYİŞDİRİLDİ

Bu marşrutun hərəkət istiqaməti - DƏYİŞDİRİLDİ | FED.az
08:26 6 Dek 2019

Əliçıraq yaşayış massivinin sakinlərinin çoxsaylı xahişlərini və Bakı Beynəlxalq Avtovağzal Kompleksinə gələn sərnişinlərin sıxlığını nəzərə alaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti 592 saylı marşrut xəttinin hərəkət trayektoriyasını dəyişdirərək yeni istiqamət müəyyən edib. 

FED.az xəbər verir ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sərəncama uyğun olaraq 592 saylı marşrut xətti başlanğıcını Əliçıraq yaşayış massivindən götürərək Mehdiabad bazarı, 5 nömrəli orta ümumtəhsil məktəbi, Abşeron Gənclər Şəhərciyi, Binəqədi Mərkəz, Xırdalan dairəsi olmaqla son dayanacağını Bakı Beynəlxalq Avtovağzal Kompleksində yekunlaşdıracaq. 

Eləcə də bax: Bakıda bu marşrutda avtobusların hərəkət sxemi - DƏYİŞDİRİLİR

Sərəncamın icrasına bu gündən başlanılacaq və artıq 592 saylı xəttin yeni istiqamətdə hərəkət edən marşrutu "592A" adı ilə sərnişinlərə xidmət edəcək.

Digər xəbərlər