Cari ilin 6 ay ərzində Azərbaycanda yol təsərrüfatına 379 min manat məbləğində maddi ziyan dəyib, bundan 255, 3 min manatı (67,4 %) ödənilib.
Eləcə də bax: Azad olunmuş ərazilərdə yol tikintisinə cəlb edilən işçi qüvvəsinin sayı - Açıqlanıb
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəis müavini Hidayət Rüstəmov "2021-ci ilin 6 ayı ərzində yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələr"ə həsr olunmuş brifinq zamanı bildirib.
Onun sözlərinə görə, hesabat dövründə Bakı şəhərində və respublikanın ümumi istifadədə olan avtomobil yollarında yol qurğu və elementlərinə ziyan dəyməsi ilə nəticələnən 321 yol-nəqliyyat hadisəsi baş verib.
"Bunun nəticəsində 4 023 pm (poqon-metr) əyrixətli tirlər, 56 pm beton bardür, 118 pm mühafizə çəpərləri, 17 işıq dirəyi, 9 ədəd yol nişanı, 3 ədəd məlumat lövhəsi, 2 ədəd dayanacaq, 18 ədəd səsboğucu lövhə, 164 m2 alkapon üzlük və 21 m körpü məhəccəri yararsız hala düşüb", - H. Rüstəmov qeyd edib. (Apa)