Nazirlər Kabineti koronavirusla bağlı növbəti məhdudiyyətləri aradan qaldırıb.
FED.az xəbər verir ki, “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında dəyişiklik edilib.
FED.az xəbər verir ki, Baş nazir Əli Əsədovun mayın 19-da imzaladığı Nazirlər Kabinetinin 199 nömrəli Qərarına əsasən, mayın 20-dən hava nəqliyyatı vasitəsilə aşağıda qeyd olunan ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına müvafiq tələblər nəzərə alınmaqla icazə verilir:
Bolqarıstan Respublikası;
Butan Krallığı;
Cənubi Afrika Respublikası;
Qvatemala Respublikası;
Laos Xalq Demokratik Respublikası;
Livan Respublikası;
Mavriki Respublikası;
Misir Ərəb Respublikası;
Myanma İttifaqı Respublikası;
Nepal Federativ Demokratik Respublikası;
Paraqvay Respublikası;
Şimali Makedoniya Respublikası;
Şri-Lanka Demokratik Sosialist Respublikası;
Vyetnam Sosialist Respublikası.