Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayonda həftəsonu ictimai nəqliyyat işləməyəcək.
FED.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.
Qərara əsasən, 8 avqust saat 00:00-dan 10 avqust saat 06:00-dək Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarında ictimai nəqliyyatın fəaliyyəti qadağandır.