Dekabrın 23-də Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 64 kilometrlik hissəsi istifadəyə verilib.
Azərbaycanın ilk ödənişli yolunun əksər hissəsində işlər - YEKUNLAŞIB
FED.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən çəkilən yol 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində açılıb.
Açılış mərasimində AAYDA-nın İdarə heyətinin sədri Saleh Məmmədov, Quba və Şabran rayonlarının icra hakimiyyəti başçıları iştirak ediblər.
Bildirilib ki, Qubadan Bakı istiqamətində yenidən qurulan 67 kilometrlik yolun son 3 kilometrində işlər 2023-cü ilin yanvar ayında tam başa çatdırılacaq. (Azərtac)