Sentyabrın 15-də Bakının daşnak-bolşevik qüvvələrinin işğalından azad olunmasının 100-cü ildönümü münasibətilə keçiriləcək hərbi paradla əlaqədar, Neftçilər prospekti – Azneft dairəsi və ətraf küçələrdən keçən marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.
Bakı Nəqliyyat Agentliyindən FED.az-a verilən məlumata görə, həmin gün səhər saatlarından mərasim tam başa çatanadək 1, 2, 4, 5, 6, 18, 21, 32, 46, 53, 59, 61, 65, 88, 120, 175, 205 və H1 (Hava limanı-28 may metrostansiyası ekspres xətti) marşrut xətləri üzrə avtobusların hərəkəti tətbiq ediləcək məhdudiyyətlərə uyğun təşkil ediləcək.
125 nömrəli müntəzəm marşrut xətti üzrə isə avtobuslar mərasim bitdikdən sonra sərnişinlərə xidmət göstərəcək.
Bu avtobusların yolu dəyişdiriləcək - SİYAHI
20:58
13 Sen 2018