Bu gün bəzi avtobusların hərkəti qismən məhdulaşdıılacaq.
FED.az xəbər verir ki, bu barədə BNA-nın Mətbuat xidmətindən bildirilib.
Səbəb isə 10:00 radələrindən etibarən, Azadlıq prospekti - Füzuli küçəsi, Dilarə Əliyeva küçəsi və Rəşid Behbudov küçəsi istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən təmir-bərpa işlərinin aparılmasıdır. Bununla əlaqədar qeyd olunan küçə və prospektdən keçən 2, 4, 5, 14, 61, 79, 85, 88, 88A müntəzəm marşrut xətlərində fəaliyyət göstərən avtobusların hərəkəti qismən məhdudlaşdırılacaq.