Azərbaycandan ilk yük qatarı modernləşdirilmiş Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə mayın 25-də səhər saatlarında Türkiyə ərazisinə daxil olub.
BTQ tarixində önəmli gün: Yükdaşımalar bərpa olunub
FED.az xəbər verir ki, qatar 20 konteynerə yüklənmiş 632 ton plastik xammalı Bakıdan Qarsa çatdırıb.
Yerli vaxtla saat 04.50-də Qars stansiyasına çatan qatar oradan müvafiq gömrük prosedurlarından sonra Qars logistika mərkəzinə aparılıb.
BTQ dəmir yolunun Gürcüstan hissəsinin 184 kilometrlik hissəsinin modernləşdirilməsi və genişləndirilməsi üzrə işlər 2023-cü ilin may ayından aparılır və bu il mayın 20-də başa çatıb. (Azərtac)