Azərbaycan ilə Türkiyə arasında Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə yükdaşımalara dair tariflər müəyyən edilib.
FED.az xəbər verir ki, bu barədə “ADY Express” şirkətindən məlumat verilib.
Bildirilib ki, “ADY Express” yeni istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə yükdaşımalara başlayıb. Yük sahibləri və yükgöndərənlər artıq sifarişlərini edə bilərlər.
Həmçinin qeyd edilib ki, “ADY Express” şirkəti “qapıdan-qapıya” yükdaşımaları xidməti təqdim etdiyindən, Azərbaycan ilə Türkiyə arasında yüklərin nəqlini bütün şəhərlərdən həyata keçirmək mümkündür.