Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu vasitəsi ilə Çindən Avropaya yola düşən ilk yük qatarı Türkiyə ərazisinə daxil olub.
FED.az məlumat verir ki, APA-nın Gürcüstan bürosunun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 74 kv. metrlik 42 konteyner daşıyan və 850 metr uzunluğundakı “China Railway Express” adlı karqo qatarı Türkiyə ərazisinə (Qarsa – red.) daxil olub. Noyabrın 6-da qatarın Ankara dəmir yolu stansiyasında rəsmi qarşılanma mərasimi keçiriləcək.
Eləcə də bax: Mərkəzi Asiya ölkələri BTQ-dən istifadə edə bilər - DANIŞIQLAR BAŞLAYIB
Yük qatarı daha sonra Marmaray kanalından istifadə etməklə Bolqarıstan, Serbiya, Macarıstan, və Slovakiyadan keçərək Çexiyanın paytaxtı Praqaya çatacaq.
Qeyd edək ki, qatar eyni zamanda Marmaray kanalından keçərək Avropaya yük daşıyacaq ilk karqo qatarıdır.