Bu ilin yanvar-iyun aylarında boru kəməri nəqliyyatı sahəsində orta aylıq əməkhaqqı 2 313,2 manat təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu sahədə əməkhaqqı 227,3 manat və ya 10,9% artıb.
Ötən ilin eyni dövründə bu göstərici 2 085,9 manat təşkil etmişdi.
Hesabat dğvründə neft kəməri nəqliyyatı sahəsində orta aylıq əməkhaqqı 2 031,4 manat təşkil edib.
Bu da, ötən ilin eyni dövrü ilə müqayisədə bu sahədə əməkhaqqı 222,3 manat və ya 12,3% artıb.
Ötən ilin eyni dövründə bu göstərici 1 809,1 manat təşkil etmişdi.
Bu ilin yanvar-iyun aylarında qaz kəməri nəqliyyatı sahəsində isə orta aylıq əməkhaqqı 2 433,6 manata bərabər olub
Ötən ilin eyni dövrü ilə müqayisədə bu sahədə əməkhaqqı 217,4 manat və ya 9,8% artıb.
Ötən ilin eyni dövründə bu göstərici 2 216,2 manata bərabər idi.