“Boeing Co.” zavodunun işçiləri həmkarlar ittifaqı rəhbərliyinin şirkətlə razılaşdırdığı əmək müqaviləsinin şərtlərini rədd edərək son 16 ildə ilk dəfə tətilə çıxıblar.
Çin indi də «Airbus» və «Boeing»lərin bazarını əlindən alır – 1000 TƏYYARƏ SİFARİŞ EDİLİB
FED.az xəbər verir ki, tətildə təyyarə istehsalı ilə məşğul olan minlərlə işçi iştirak edir. Bir gün əvvəl Beynəlxalq Maşinistlər və Aerokosmik İşçilər Assosiasiyası şirkətlə razılaşmanın əleyhinə çıxıb və tətili dəstəkləyib. Həmkarlar ittifaqı təxminən 33 min “Boeing” işçisini təmsil edir.
Müqavilə Vaşinqton, Oreqon və Kaliforniya ştatlarındakı zavodlarda çalışan işçilər üçün baza maaşının 25 faiz artırılmasını, həmçinin 3000 ABŞ dolları məbləğində birdəfəlik ödənişləri nəzərdə tuturdu.
Əvvəllər “Boeing”də həmkarlar ittifaqı üzvləri rəhbərlik tərəfindən razılaşdırılmış müqavilə şərtlərini həmişə qəbul edirdilər. Sonuncu dəfə kompaniyada tətil 2008-ci ildə olmuşdu. Həmin tətil 57 gün davam etmiş və şirkətə gündə təxminən 100 milyon dollara başa gəlmişdi.
Cümə günü ilkin ticarətdə “Boeing”in səhmləri 3,8 faiz ucuzlaşıb, cari ilin əvvəlindən isə 37,6 faiz dəyər itirib. (Azərtac)