Avtomobil sahibi Fərid Cahangirov qəribə cərimələrlə üzləşib.
Eləcə də bax: Bundan sonra dayanma-durmaya görə DYP də - CƏRİMƏ YAZACAQ
FED.az xəbər verir ki, F.Cahangirov bu barədə sosial şəbəkələrdə paylaşım edib.
Belə ki, metronun "28 may" stansiyası yaxınlığında dayanma-durma qaydalarını pozan sürücüyə iki qurum - Bakı Nəqliyyat Agentliyi (BNA) və Dövlət Yol Polisi (DYP) tərəfindən eyni cərimə yazılıb.
Lakin maraqlıdır ki, cərimələrin tətbiq olunma vaxtları arasında cəmi 7 saniyə fərq var. BNA cəriməni 16:45:27-ci saniyədə, DYP isə 16:45:34-ci saniyədə yazıb.
Vətəndaş bir xətaya görə ikiqat cərimələnməsindən şikayətçidir.
Fotoları təqdim edirik. (Report)