"Bakıda 35-40 min qanunsuz taksi fəaliyyət göstərir".
Eləcə də bax: BNA-nın sədri “parkovşik”lərdən danışdı: “Onların arxasında himayədarı var”
FED.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli mətbuat konfransında bildirib. Onun sözlərinə görə, tıxacların səbəblərindən biri də bu cür qanunsuz, 1 manatlıq taksilərin fəaliyyətidir.
Onun sözlərinə görə, bununla bağlı müvafiq işlər aparılacaq: “Qanunvericilikdə o hissədə boşluq var. Onların cərimələnməsi ilə bağlı Bakı Nəqliyyat Agentliyinin səlahiyyəti mövcud deyil, biz məlumatlandırma rolunu oynayırıq. Bununla əlaqədar təkliflər verilib, yaxın zamanlarda dəqiq bilinəcək”. (Apa)