Bakı Nəqliyyat Agentliyi tərəfindən sürücülərə yazılmış cərimələr qanunsuzdur. Söhbət kameralar vasitəsi ilə yazılan cərimələrdən gedir.
Təcili: BNA ləğv edildi, səlahiyyətləri Nazirliyə verildi - PREZİDENTDƏN FƏRMAN
FED.az xəbər verir ki, nəqliyyat eksperti Elməddin Muradlı belə bir iddia ilə çıxış edib.
Nəqliyyat eksperti bildirib ki, kameralar vasitəsi ilə cərimələrin yazılması təxminən 1 aydır qüvvəyə minib.
“Bu səbəbdən də BNA-nın son 1 aya kimi yazdığı cərimələrin heç bir qanuni əsası yoxdur.”
Nəqliyyat eskperti bildirib ki, hazırda bu cərimilərdən problem yaşayan yüz minlərlə sürücü var. Onlar istər avtomobilin alqı-satqısı, istərsə də texniki baxış zamanı bu cərimələri ödəmək məcburiyyətində qalırlar.
Ekspert bildirib ki, agentlik qanunsuz yazdığı cərimələri nə ləğv edə bilmir, nə də qanuniləşdirə. Bu cərimələr arasında xeyli sayda ödənilənlər də var.
Məsələ ilə əlaqədar BNA-ilə əlaqə saxlanılıb.
Bildirildi ki, Agentliyin balansında olduğu vaxtlarda qanunsuz parklanma nəzarət kameraları vasitəsilə yalnız dayanma-durma qaydalarının pozulması faktı qeydə alınıb.
Qeydə alınan fakt üzrə qərar isə bilavəsitə əməkdaş tərəfindən qəbul olunurdu. Yəni ekspertin də iddia etdiyi kimi qərarlar elektron qaydada qəbul olunmurdu.
“Qurum ekspertin fikirləri ilə razılaşmır və bildirir ki, yazılan cərimələr elektron olmadığı üçün qanunidir.” (Xezerxeber.az)