“Hazırda sərnişindaşımada 60-70% azalma var, təbii ki, bu, gündəlik gəlirə təsir edən bir məsələdir”.
FED.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.
O bildirib ki, daşıyıcılar ölkə başçısının çağırışına müsbət reaksiya verib:
“Ölkə başçısının bütün sahibkarlara işçilərin ixtisara salınmaması ilə bağlı bir çağırışı olmuşdu. Daşıyıcılar bu məsələyə müsbət reaksiya veriblər. Bu gün istər daşıyıcıların, istərsə də Bakı Nəqliyyat Agentliyinin qarşısında bir məqsəd var, bu çətin dönəmdə daşımalara həyata keçirmək. Sərnişindaşımada 60-70% azalma var, təbii ki, bu, gündəlik gəlirə təsir edən bir məsələdir. Əməkhaqqı və digər məsələlərə daşıyıcıların daxili səlahiyyətinə aid olan bir məsələdir. BNA onların daxili məsələlərinə qarışmır. Biz sadəcə tövsiyə etmişik, bildiyim qədəri ilə onlar da bu tövsiyələrə əməl edirlər”.