Nəqliyyat

BNA-dan bu gün yanan “BakuBus”la bağlı - Açıqlama

BNA-dan bu gün yanan “BakuBus”la bağlı - Açıqlama | FED.az
15:12 15 Sen 2020

“1 və 15 sentyabr tarixlərində “BakuBus” MMC-nin istismarında olan iki sərnişin avtobusunda baş verən yanğın hadisələri ilə bağlı araşdırma aparılıb. Mütəxəssislərin ilkin rəyinə əsasən yanğının yüksək təzyiqli yağ borusunun pərçimdən qopması nəticəsində baş verdiyi ehtimal olunur”.

Eləcə də bax: Bakıda “BakuBus” yandı - Foto

FED.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

Onun sözlərinə görə, hadisə istehsal xətasından qaynaqlandığı ehtimal edildiyindən artıq Fransanın İVECO şirkəti ilə danışıqlar aparılır. Şirkətin ixtisaslı mütəxəssisləri Bakıya dəvət edilib.

“Məlumat üçün bildiririk ki, 2015-ci ilin sentyabrından müntəzəm sərnişindaşımalarına cəlb edilən “BakuBus” avtobuslara gündəlik və dövrü texniki qulluq, təmir və dezinfeksiya işləri aparılır. Bu işlər istehsalçı şirkət tərəfindən təlim keçən və sertifikatlaşdırılmış texniki personal tərəfindən yerinə yetirilir.

 Qeyd edək ki, eyni markalı avtobuslarda buna bənzər hadisələr 2018-ci ildə Fransada, 2019-cu ildə isə İtaliyada baş verib”, - deyə M. Ağayev vurğulayıb.

Aşağıdakı fotolar Fransa və İtaliyada çəkilib.


 

Digər xəbərlər