ABŞ-ın təyyarə istehsalçısı “Boeing” kredit reytinqi enişinin qarşısını almaq üçün 15 milyard dollara yaxın investisiya cəlb etmək niyyətindədir.
"Boeing" 10 milyard dollarlıq kreditlə maliyyə çətinliklərini dəf etməyə çalışır
FED.az xəbər verir ki, Bloomberg agentliyi bu barədə öz mənbələrinə istinadla məlumat yayıb.
Məlumata görə, vəsaitin səhm və istiqrazların yerləşdirilməsi və borc öhdəliklərinin satışı hesabına əldə edilməsi planlaşdırılır. Eyni zamanda, cəlb edilən vəsaitin həcmi tələbə görə arta bilər.
“Boeing” oktyabrın 23-də ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasından 25 milyard dollar həcmində səhm yerləşdirilməsinə və borc öhdəliklərinin satışına icazə alıb. Korporasiya rəhbərliyinin fikrincə, bu, reytinq səviyyəsinin daha da aşağı düşməsinin qarşısını alacaq.
Qeyd edək ki, sentyabr ayında “Boeing” müəssisələrində çalışan 33 min işçi maaşların artırılması tələbi ilə etiraz aksiyasına başlayıb. Yeddi həftəlik tətildən sonra istehsalın bərpasını maliyyələşdirmək üçün korporasiyanın kapitala böyük ehtiyacı yaranıb. Eyni zamanda, cari ilin üçüncü rübündə təyyarə istehsalçısının itkiləri 6 milyard dolları ötüb. (Azərtac)