2022-ci ilin yanvar-mart aylarında “Azərbaycan Dəmir Yolları” (ADY) QSC yük və sərnişin daşımalarından 71 milyon 347,6 min manat (cari məzənnə ilə $41,9 milyon- İF) gəlir əldə edib.
Eləcə də bax: “Azərbaycan Dəmir Yolları” işçi sayı açıqlandı – ARTIM VAR
FED.az xəbər verir ki, 2021-ci ilin analoji dövrü ilə müqayisədə Azərbaycanın dəmir yolları ilə yük və sərnişin daşımalarından gəlirlər 6,3% azalıb.
Hökumətin məlumatına əsasən, gəlirlərin strukturunda birinci rübdə 70 milyon 690 min manat yük daşımalarının (azalma 6,9%) payına düşüb, həmçinin, 59 milyon 984,7 min manat – beynəlxalq istiqamətlər üzrə (azalma 10%), 10 milyon 705,3 min manat – daxili istiqamətlər üzrə (artım 16%) yük daşınıb.
Beynəlxalq istiqamətlər üzrə yük daşımalarının gəlirlərinin strukturunda 26 milyon 79,7 min manat (artım 13,8%) tranzit daşımaların payına düşüb.
Azərbaycanın dəmir yolları ilə sərnişin daşımalarından gəlirlər 657,6 min manat (artım 2,3 dəfə) təşkil edib, bütün bu həcm daxili istiqamətlər üzrə daşımaların payına düşüb.
Xəbər verildiyi kimi, 2021-ci ilin yanvar-mart aylarında dəmir yolu ilə 3 milyon 810,1 min ton yük (artım 1,1%) və 943,5 min nəfər sərnişin (artım 98,1%) daşınıb.
Hesabat dövründə tranzit yük daşımalarının həcmi 1 milyon 424,6 min ton təşkil edib (artım 10,8%). (İnterfaks-Azərbaycan)